Avstraliyada təyyarə düşdü, sərnişinlər sağ qaldı - İnanılmaz
6-01-2019, 11:51
Avstraliyanın Melburn şəhərində 5 nəfərlik təyyarə Tooradin hava limanına yaxın ərazidə qəzaya uğrayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı kiçik təyyarədəki 5 nəfər sağ qalıb. Təyyarə qəfildən Melburnun cənub-şərqində boş əraziyə düşüb, sərnişinlər təyyarədən sağ qurtula bilib. Onların ciddi zədə almadığı bildirilir.