Balıq hərracda 3,1 milyon dollara satıldı – Foto

6-01-2019, 16:15           
Balıq hərracda 3,1 milyon dollara satıldı – Foto
Yaponiyanın paytaxtı Tokionun Toyesu bazarında keçirilən hərracda 278 kiloqramlıq balıq 333,6 milyon ienə (3,1 milyon dollara yaxın) satılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyada məşhur olan “Suşi Dzammay” restoranlar şəbəkəsinin “Tvitter” səhifəsində məlumat yerləşdirilib.

Restoranlar şəbəkəsi bu balığı almaqdan məmnun olduğunu bildirib.

Qeyd edək ki, Yaponiyada keçirilən nəhəng balıq hərracı yeni il bayramından sonra işgüzar həyatın ilk istiqamətvericisi olur. Bu hərrac ölkə iqtisadiyyatında “küləyin istiqamətini” müəyyən edir. İri balığın ilk hərracda yüksək qiymətə satılması Yaponiyada yaxşı əlamət kimi qəbul olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru