ABŞ-da təyyarə qəzası baş verib, xəsarət alanlar var

7-01-2019, 07:37           
ABŞ-da təyyarə qəzası baş verib, xəsarət alanlar var
ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə ABC "News" telekanalı xəbər verib.

Bildirilir ki, hadisə Kaliforniyada, Sakramento şəhərində, çay yaxınlığında qeydə alınıb. Məlumata görə, təyyarə çaya düşüb. Qəza zamanı 2 nəfər xəsarət alıb.

Hadisənin başvermə səbəbi hələ məlum deyil. Hazırda ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsinin ekspertləri qəzanın başvermə səbəbini müəyyənləşdirirlər.

Daha əvvəl Lodi şəhərində də təyyarə qəzası qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru