“Goldman Sachs” dolların ucuzlaşacağını ehtimal edir –PROQNOZ

8-01-2019, 08:08           
“Goldman Sachs” dolların ucuzlaşacağını ehtimal edir –PROQNOZ
ABŞ-ın aparıcı investisiya bankı – “Goldman Sachs” ABŞ dollarının ucuzlaşa biləcəyini ehtimal edir.

Bu barədə “Report”a istinadən xəbər verir. “Goldman” təhlilçiləri hesab edir ki. Federal Ehtiyatlar Sisteminin(FED) rəhbəri Cerom Pauellin açıqlamaları Mərkəzi Bankın faiz artımlarına ara verəcəyi ehtimalını gücləndirir. Onların fikrincə, faiz artımlarına fasilə veriləcəyi təqdirdə dolların dəyərdən düşmə ehtimalı güclənir.

Qeyd edək ki, dollar indeksinin (DXY) noyabr ayında maksimal səviyyəsi 97,5 bənd olub. Xatırladaq ki, dollar indeksi – ABŞ dollarının dünyanın 6 əsas valyutasından ibarət valyuta səbətinə nisbətini göstərir. Bu, avro (səbətdə payı 57,6%), yen (13,6%), funt sterlinq (11,9%), Kanada dolları (9,1%), İsveç kronu (4,2%) və İsveçrə frankı (3,6%) təşkil edir. İndeks 1973-cü ilin mart ayından hesablanır və baza dəyəri 100% qəbul olunub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru