Bakıda magistral kəmərdə qəza: avtomobil yolunu su basdı

9-01-2019, 18:59           
Bakıda magistral kəmərdə qəza: avtomobil yolunu su basdı
Bakıda magistral su xəttində qəza baş verib.
Teref. az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində, “Motodrom” yaşayış massivi adlanan hissədə baş verib: “Magistral su kəmərində qəfil qəza baş verib. Dərhal “Azərsu”nun qəza briqadası hadisə yerinə cəlb edilib, su kəsilib. Hazırda bərpa işləri davam etdirilir. Günün sonuna qədər bərpa işləri başa çatdırılacaq”.
Xatırladaq ki, hadisə bu gün səhər saatlarında baş verib.
Nəticədə Bakı Beynəlxaq Avtovağzal Kompleksindən Biləcəri qəsəbəsinə gedən avtomobil yolunu su basıb, yolda avtomobillərin hərəkəti çətinləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru