Baş Prokurorluqdan Bakıdakı dəhşətli qətllə bağlı AÇIQLAMA
11-01-2019, 20:52
![Baş Prokurorluqdan Bakıdakı dəhşətli qətllə bağlı AÇIQLAMA](/uploads/posts/2019-01/1547225535_1.jpg)
Baş prokurorluq bu dəqiqələrdə sosial şəbəkələrdə meyitinin fotosu yayılan gənclə bağlı açıqlama verib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə Bakı şəhəri Salatın Əsgərova küçəsi 64 ünvanında qeydə alınıb:
"Salatın Əsgərova 64 ünvanında 1996-cı il təvəllüdlü Şəmiyev Emin Asif oğlunun sinə nahiyyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə meyiti aşkar olunub. Dərhal hadisə yerinə Yasamal rayon prokuroru, Yasamal rayon Polis İdarəsinin rəisi və idarə əməkdaşları gəlib. Hazırda hadisə yeri müayinə olunur".
Komissiyasız və sığortasız Daxili ipotekaya müraciət edin.
E.Sultanov bildirib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb:
"İş üzrə polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İstintaq-əməliyyat qrupu tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir".