Moskvada naməlum şəxslər kriminal avtoriteti qaçırıblar – VİDEO
12-01-2019, 07:58
Moskvada ukraynalı kriminal avtoritetin oğurlanmasının görüntüləri yayılıb.
Oxu.Az Ren.TV-yə istinadla xəbər verir ki, videoda “Bazilik” restoranı qarşısında naməlum şəxslərin kriminal avtoritet Yuri Vasilenkoya atəş açdıqları görünür.
Bildirilir ki, həmin şəxslər Y. Vasilenkonu maşına zorla əyləşdirərək naməlum istiqamətdə aparıblar. Hələ də onun harada olduğu bilinmir.