BDU-nun kafedra müdiri dünyasını dəyişdi 12-01-2019, 10:09 Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin kafedra müdiri Vüsət Əmir oğlu Əfəndiyev dünyasını dəyişib.Bu barədə Kult.az-a BDU-nun mətbuat katibi Pərvanə İbrahimova məlumat verib.Universitet sözçüsü bildirib ki, kafedra müdiri həm də universitetin Qazax filalının direktoru, coğrafiya elmləri doktoru, professor idi:“Vüsət müəllim gözəl insan, coğrafiyaçıların əzizi, kollektivin hörmət və ehtirmını qazanmış dəyərli alim idi”.Allah rəhmət eləsin! Facebook-da paylaş