Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda atılmış 3 günlük qız uşağı tapılıb.
Körpə polislər tərəfindən 1 saylı Körpələr evinə təhvil verilib. Uşağın anası 37 yaşlı Nailə Ağayeva isə Xəzər rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.