Sürücü avtomobilini evakuatordan sürərək düşürdüb və qaçırdıb VİDEO
14-01-2019, 07:56
Moskvada sürücü avtomobilini evakuatordan sürərək düşürdüb və qaçırdıb.
Teleqraf.com xəbər verir ki, avtomobilinin evakuatora qaldırıldığını görən sürücü qaçaraq olay yerinə gəlib.
Xahişlərinə baxmayaraq polis onun avtomobilini evakuatordan yerə endirməyib. Çarəsiz qalan sürücü evakuatora qalxaraq avtomobilinin sükanı arxasına keçib və onu düşürdərək hadisə yerindən uzaqlaşıb.