Rusiyanın baş naziri dollardan imtina hallarının artacağını proqnozlaşdırır 15-01-2019, 17:20 Rusiyanın baş naziri Dmitri Medvedyev bəyan edib ki, dünyada ABŞ dolları ilə hesablaşmalardan imtina tendensiyası güclənəcək. “Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. Hökumət rəsmisi dedollarlaşmanın ABŞ-ın yürütdüyü siyasətdən qaynaqlandığını da qeyd edib. Facebook-da paylaş