Bakıda evin çardağında kişi meyiti aşkarlanıb

16-01-2019, 06:55           
Bakıda evin çardağında kişi meyiti aşkarlanıb
Paytaxt sakinləri evin çardağında qonşunun cəsədini tapıblar
Paytaxt sakini ölmək üçün evin çardağını seçib. Bakının Yasamal rayonunda asılmış vəziyyətdə kişi meyiti tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, yanvarın 14-də saat 21:15-də Yeni Yasamal-1 qəsəbəsindəki 11 nömrəli çoxmənzilli evin çardağında kişi meyiti tapılıb. Məlum olub ki, bu kişi həmin binada yaşayan 59 yaşlı Əliyev Səbi Şirbala oğludur. Kişi özünü asıb. Onun meyitini qonşular aşkarlayıb. Hələlik Əliyevi bu radikal addımı atmağa vadar edən səbəb məlum deyil. Sadəcə o məlumdur ki, kişi alkoqol aludəçisi olub.

Hazırda faktla bağlı Yasamal rayonunda AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru