Gürcüstanda matəm elan olunub

17-01-2019, 07:36           
Gürcüstanda matəm elan olunub
Tbilisidə yaşayış binasında 4 nəfərin ölümünə səbəb olan faciə ilə bağlı yanvarın 17-si Gürcüstanda matəm günü elan olunub.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze qərar qəbul edib.

Qərara əsasən, sabah Gürcüstanda bütün dövlət qurumlarında və xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, Tbilisinin Didi Diğomi rayonunda yaşayış binasında qaz sızmasının səbəb olduğu güclü partlayış nəticəsində 4 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru