Azərbaycan səmasında Ay ətrafında nəhəng halqa müşahidə olunub - FOTO

19-01-2019, 07:24           
Azərbaycan səmasında Ay ətrafında nəhəng halqa müşahidə olunub - FOTO
Şirvan şəhərində Ayın ətrafında nəhəng dairə müşahidə olunub.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, mütəxəssislərin bildirdiyinə görə, bu, halo dairə, yəni işıq mənbəyi ətrafında yaranan parlaq halqa və ya optik fenomendir.

Halo adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı halo tipləri var və onlar əsasən yerdən 5-10 km hündürlükdə, Traposferin yuxarı qatlarında lələkvari buludlardakı buz kristallarından əmələ gəlir.
Şirvan şəhərində bu təbiət hadisəsi saat 22.00-dan etibarən müşahidə olunmaqdadır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru