Ağsuda zəlzələ oldu - Seysmoloji Xidmət Mərkəzi məlumat yaydı
20-01-2019, 10:15
Bu gün Ağsu rayonunda zəlzələ qeydə alınıb.
Publika.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yerli vaxtla saat 08:29-da Pirqulu stansiyasından 24 kilometr cənub-qərbdə, Ağsu rayonunda 3,1 bal gücündə zəlzələ qeydə alınıb.