"Telegram"da YENİLİK - Nömrələr hamıdan gizlədiləcək

1-09-2019, 10:18           
"Telegram"da YENİLİK - Nömrələr hamıdan gizlədiləcək
"Telegram" bir neçə gündən sonra telefon nömrələrinin hamıdan, o cümlədən abunəçinin adını kontaktlar siyahısına daxil edənlərdən də gizlədilməsinə imkan verəcək tətbiq buraxmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu qərar Honkonqda messencerdəki böyük qrup söhbətlərindən istifadəçi məlumatları alan yerli hökumət və Çin orqanları tərəfindən izlənmədən çəkinən etirazçıların narahatlığı ilə bağlıdır.

Hazırda "Telegram"ın parametrlərində nömrəni gizlətmək üçün seçim var, lakin kimsə onu kontaktlarında saxlayırsa, məxfilik parametrlərindən asılı olmayaraq, telefon messencerin özündə görünür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.