Yevlaxda avtomobil qatara çırpılıb - Xəsarət alan var

25-11-2019, 10:06           
Yevlaxda avtomobil qatara çırpılıb - Xəsarət alan var
Yevlaxda avtomobil qatarla toqquşub.

Teref.az-ın məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunun 9-cu kilometrliyində, dəmiryolu keçidində baş verib. Belə ki, 1959-cu il təvəllüdlü Tərtər rayon sakini, Ələsgərov Arif Əziz oğlunun idarə etdiyi minik maşını idarəetməni itirərək dəmiryolu keçidində qatara çırpılıb. Qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//Apa.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.