Əsgəranda sülhməramlılar üçün şəhərcik salındı - Deyəsən, rusların getmək fikirləri yoxdur...

12-03-2021, 10:12           
Əsgəranda sülhməramlılar üçün şəhərcik salındı -
Azərbaycanın Əsgəran rayonunda Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən 60 yerlik blok-modul şəhərciyi salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu, sülhməramlı kontingentin hərbi heyəti üçün tikilən sayca doqquzuncu şəhərcikdir. Burada şəxsi heyətin rahat yaşayışı üçün lazımı şərait təmin edilib, şəhərcikdə yeməkxana, hamam və camaşırxana məntəqələri fəaliyyət göstərir. Eyni zamanda şəhərcik enerji təchizatı, isitmə, su təchizatı, kanalizasiya və digər bütün zəruri komponentlərlə təchiz olunub.

Yaşayış yerlərinə mebel, məişət texnikaları yerləşdirilib, süni örtüklü idman zalı yaradılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru