Anomal hava şəraiti səbəbindən Avropadakı yeraltı qaz anbarlarının dolum səviyyəsi 33%-dək azalıb. Teref.az "APA-Economics-ə istinadən xəbər verir ki, ötən ilin mart ayında bu göstərici 57%, 2019-cu ilin eyni dövründə isə 41% təşkil edirdi.
Ən minimal göstərici (18%) 2018-ci ildə qeydə alınıb.
Son göstəricilərə əsasən, İtaliyada yeraltı qaz anbarlarının dolum səviyyəsi 39%, Avstriyada – 33%, Almaniya və Niderlandda – 27%, Fransada isə 18%-dək azalıb.