Qarabağdan çıxan ermənilər Tavuşa yerləşdirilir

12-03-2021, 23:15           
Qarabağdan çıxan ermənilər Tavuşa yerləşdirilir
Qarabağdan çıxan bir neçə erməni ailəsi Ermənistanın Tavuş vilayətinin Nerkin Karmiraxpür kəndinə yerləşdiriləcək.

Axar.az xəbər verir ki, bu barədə kənd nümayəndəsi Levon Arakelyan deyib.

“90-cı illərdən sonra kənddə boş qalan evlər əsaslı təmir olunur. Qarabağdan köçən 5 ailə bu evlərə yerləşdiriləcək. Hazırda 5 evdə təmir gedir”, - Arakelyan bildirib.

Onun sözlərinə görə, kənddə Qarabağdan gələn digər sakinlər də var. Lakin kənddə əlavə yer olmadığı üçün onların yerləşməsi mümkün deyil.

Onların 90-cı illərdə erməni işğalından sonra Laçın və Kəlbəcərdə məskunlaşan ermənilər olduğu bildirilib.

Laçın və Kəlbəcər rayonlarının işğalından sonra yurdundan qovulan azərbaycanlı ailələrin evlərinə yerləşdirilən və 44 günlük savaşın nəticəsində azad edilən torpaqlardakı evlərimizi yandıraraq çıxan ermənilər indi də Tovuz istiqamətində mənzillənməyə çalışırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.