Təyyarədə faciə: 47 yaşlı kişi öldü

23-02-2022, 10:08           
Təyyarədə faciə: 47 yaşlı kişi öldü
Rusiyada Kazaçinskoye-İrkutsk marşrutu ilə uçan təyyarənin göyərtəsində faciə baş verib.

Belə ki, təyyarədə havada ikən göyərtədə olan sərnişinlərdən biri ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, 47 yaşlı kişi qəfildən özünü pis hiss edib. Stüardessalar ona ilkin tibbi yardım göstərməyə çalışsalar da, səyləri nəticə verməyib, kişi tezliklə dünyasını dəyişib.

Hadisədən yarım saatdan sonra təyyarə İrkutska çatıb.

Sərnişinin ölümünə nəyin səbəb olduğu araşdırılır. İlkin məlumata görə, 47 yaşlı kişi ağır xəstəlikdən əziyyət çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru