Ana polis məlumatında oğlunun şəklini görüb onu bölməyə apardı

23-02-2022, 10:55           
Ana polis məlumatında oğlunun şəklini görüb onu bölməyə apardı
ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində tələbə qatar bələdçisini qarət edib.

18 yaşlı Sion Braun yarı avtomatik tapança ilə ona hücum çəkərək soyğunçuluq edib. Cinayət anı müşahidə kameralarına düşüb. Braun təxminən 110 dollar apara bilib və silahı zibil qutusuna atıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və hadisəni törədən şəxsin fotolarını yayıb. Polis məlumatında olan şəkilləri görən gəncin anası oğlunu axtarışda olan soyğunçu kimi tanıyıb və onu şəxsən polis bölməsinə aparıb.

İlk iclasda Braunun vəkili bildirib ki, oğlan cinayəti yalnız ac olduğu və yemək üçün pula ehtiyacı olduğu üçün törədib. Buna cavab olaraq hakim bəyan edib ki, o da vaxtilə ac tələbə olub, lakin heç vaxt silahlı soyğunçuluğa əl atmayıb.

Hakim Braunun zaminə buraxılmasını rədd etmək qərarına gəlib və növbəti iclası martın 4-nə təyin edib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru