Metronun iş rejimi "Qarabağ"a görə uzadılıb

23-02-2022, 11:38           
Metronun iş rejimi "Qarabağ"a görə uzadılıb
“Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metronun iş rejimində dəyişiklik edilməsi xahişi ilə müraciət ünvanlayıb.

"Köhlən atlar"ın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, müraciət və bu qarşılaşmanın Azərbaycan futbolu tarixində əhəmiyyəti nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib.

“Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevralın 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək oyun saat 21:45-də başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru