Nikolayev vilayətinin rəhbəri Vitali Kim rus ordusunu qarşılamağa hazırlaşdıqlarını bildirib.
Axar.az xəbər verir ki, o, müraciətində rus ordusunun siqnal raketləri haqda məlumat verib.
“Birinci ağ raket hücum hazırlığı, ikinci ağ raket hücuma başlanma işarəsidir. Yarım saat öncə ilk ağ raket buraxıldı, indi isə ikincisi. Beləliklə, “qonaqlar” gözləyirik”, - o bildirib.