Bakıda teplovozla avtomobil toqquşub, ölən var

28-02-2022, 10:09           
Bakıda teplovozla avtomobil toqquşub, ölən var
Bakıda teplovozla avtomobil toqquşub, ölən var.

“Report”un əldə etdiyi məlumata görə, hadisə fevralın 26-da paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, maşinst – Füzuli rayon sakini, 1989-cu il təvəllüdlü Kamil İmanov və maşinst köməkçisi – paytaxt sakini, 1975-ci il təvəllüdlü Vasif Mustafayevin idarə etdiyi Biləcəri-Lokomotiv deposuna məxsus teplovozla Xəzər rayonu, Binə qəsəbəsi Qala-Binə dəmiryolu mənzilinin 30-cu km-liyində qorunmayan dəmiryolu keçidində hərəkətdə olarkən sürücü – Sumqayıt sakini, 2001-ci il təvəllüdlü Nicat Fərzəliyevin idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil toqquşub. Nəticədə sürücü və onun sərnişini Yaqub Yusifzadə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Fevralın 27-də N.Fərzəliyev orada ölüb.

Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru