Almaniyada bir restoran rusiyalılara xidmətdən imtina edib
1-03-2022, 08:46
Almaniyada restoranlardan biri Rusiya vətəndaşlarına xidmət göstərməkdən imtina edib.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, restoran Baden-Vyurtemberq torpağında yerləşir.
Restoranın saytında yazılıb ki, Rusiyadan olan müştərilər «salamlanmır».
Xəbərdə qeyd olunub ki, «normal» Rusiya vətəndaşları hakimiyyətin fəaliyyətinə görə məsuliyyət daşımırlar, amma Ukrayna hadisələrinə görə siqnal verməyin vaxtı çatıb.