Ukraynada ATƏT-in müşahidə missiyasının əməkdaşı öldürülüb

2-03-2022, 09:23           
Ukraynada ATƏT-in müşahidə missiyasının əməkdaşı öldürülüb
Ukraynada ATƏT-in Xüsusi Monitorinq Missiyasının əməkdaşı Rusiya ilə davam edən müharibədə həlak olub.

Bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, “Xalqın xidmətçisi” fraksiyasından olan deputat Mariya Mezentseva “Facebook” səhifəsində bildirib.

“ATƏT-in missiyasında ilk ölüm. Rusiyanın Ukraynaya qarşı müharibəsində bir əməkdaşı həlak olub. O, 45 yaşlı qadındır”, - deputat yazıb.

Bununla yanaşı, deputat hadisənin harada və hansı şəraitdə baş verdiyini açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru