Kliçko: “Kiyev ətrafında döyüşlər gedir”

3-03-2022, 09:22           
Kliçko: “Kiyev ətrafında döyüşlər gedir”
Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya qoşunları paytaxta soxulmağa çalışır. “Rusiya hərbçiləri paytaxta soxulmağa çalışır, lakin ukraynalı müdafiəçilər xətti tutub paytaxtın kənarında onları dayandırırlar”. Bu barədə o, videomüraciəti zamanı bildirib.

Kliçko həmçinin Kiyev sakinlərinə dözümlülüklərinə və təhlükəsizlik tələblərinə əməl etdiklərinə, evdə və ya sığınacaqlarda olduqlarına görə təşəkkür edib. Onun sözlərinə görə, martın 2-də axşam saatlarında şəhərin bəzi rayonlarında bir neçə mərmi həyətlərə düşüb.

“Ölən və ya xəsarət alan yoxdur. Həmçinin, bir neçə avtomobil yanıb, şəxsi evə ziyan dəyib”, - Kliçko bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru