Azərbaycanda polis mayoru FACİƏVİ şəkildə öldü

3-03-2022, 11:08           
Azərbaycanda polis mayoru FACİƏVİ şəkildə öldü
Yevlaxda ölümlə nəticələnən yol qəzası olub. Teref.az lent.az-a istinadla xəbər verir ki, hadisə martın 2-i axşam saatların Yevlax şəhəri ərazisində baş verib. “Chevrolet Cruze” markalı avtomobil yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü, 32 yaşlı Faiq Cəfərov ağır xəsarətlər alıb.

F. Cəfərov ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, F.Cəfərov polis mayorudur. O, Yevlax rayon Polis Şöbəsinin baş təhqiqatçısı vəzifəsində çalışıb. Qəzanın işdən evə gedən zaman baş verdiyi bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru