ABŞ hərbçiləri qəzaya uğramış F35 təyyarəsini dənizin dibindən qaldırıblar

4-03-2022, 10:53           
ABŞ hərbçiləri qəzaya uğramış F35 təyyarəsini dənizin dibindən qaldırıblar
ABŞ hərbçiləri Cənub Çin dənizində təyyarədaşıyan gəminin göyərtəsinə enərkən qəzaya uğramış F35 təyyarəsini 3800 metr dərinlikdən qaldırıblar.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ABŞ hərbi-dəniz qüvvələrinin yeddinci donanması məlumat yayıb. Bildirilib ki, martın 3-də dənizin dibindən qaldırılan qırıcıya kanatlar pilotsuz sualtı qayığın köməyi ilə bərkidilib.

Qırıcının yaxınlıqdakı bazaya çatdırılacağı və qəzanın baş verməsi səbəblərinin araşdırılacağı qeyd edilir.

Xatırladaq ki, F35 qırıcı təyyarəsi yanvarın sonlarında növbəti təlimlər zamanı “Carl Vinson” təyyarədaşıyan gəmisinə enərkən dənizə düşüb. Qəza nəticəsində pilot xilas olsa da, gəminin göyərtəsindəki hərbiçilərdən bir neçəsi yaralanıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru