16000 əcnəbi rusiyalılara qarşı döyüşəcək - FOTO

4-03-2022, 10:42           
16000 əcnəbi rusiyalılara qarşı döyüşəcək - FOTO
İsveç Rusiyaya qarşı müharibədə iştirak etmək üçün Ukraynaya 400 nəfər döyüşçü göndərir.

İsveçli könüllülərin koordinatoru Filip Brannval bu barədə məlumat verib.

Onun sözlərinə görə, Ukraynada artıq 400 könüllü Rusiyanın silahlı birləşmələri ilə döyüşməyə hazırdır.

İsveçin ən böyük və ən populyar qəzeti "Svenska Dagbladet"in yazlığına görə, isveçli könüllülərin ilk dəstəsi bu gün Polşaya yollanacaq. Daha sonra onlar maşın karvanı ilə Ukraynanın Lvov şəhərinə keçəcək, oradan Kiyevə yollanacaqlar.

"Marşrutun dəqiq istiqamətini və könüllülərin harada döyüşlərə başlayacaqlarını təhlükəsizlik məqamları baxımından açıqlaya bilmərəm", - F.Brannval deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan etmişdi ki, xarici lkə vətəndaşları Ukrayna Silalı Qüvvələrinin və Ərazi Müdafiə Qüvvələrinin heyətinə könüllü əsaslarla qatıla bilərlər.

"Ukraynaya döyüşməyə gələcək əcnəbilərdən viza tələb olunmayacaq. Onlar Ukrayna Ərazi Müdafiə Qüvvələrinin Beynəlmiləl Legionunu formalaşdıracaqlar", - V.Zelenski söyləmişdi.

Ukraynada rusiyalı hərbçilərə qarşı döyüşmək niyyətini açıqlayan və hərbi əməliyyatların getdiyi məkanlara yollanmaq fikrində olan əcnəbilərin sayı artıq 16 min nəfərdir.





Orxan Hun
Milli.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.