Ruslar Sumda insanları güllələyir - Mer

4-03-2022, 11:25           
Ruslar Sumda insanları güllələyir - Mer
Rus ordusu “Kernel” kənd təsərrüfatı holdinqini ələ keçirərək yerli hakimiyyət orqanları və Ukrayna Təhlükəsizlik Xidməti ilə danışıqlar aparılmasını tələb edirlər.

Axar.az xəbər verir ki, bu barədə Sum vilayətinin rəhbəri Dmitri Jivitski deyib.

“Əraziyə xeyli sayda texnika və snayper yerləşdiriblər. Ruslar dinc insanları güllələyirlər. İnsanlar zirzəmilərdə gizləniblər, çünki ruslar artıq qonşu Belovodı kəndində olublar - ora 4 piyada döyüş maşını ilə gedib, yerliləri güllələdilər, qarət etdilər, hədələdilər. İndi bazaya qayıdıblar, Ukrayna ilə danışıqlar tələb edirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru