Ukrayna ordusu Qostomeli geri alıb, Rusiyanın onlarla hərbçisi həlak olub

5-03-2022, 09:08           
Ukrayna ordusu Qostomeli geri alıb, Rusiyanın onlarla hərbçisi həlak olub
Ukrayna Silahlı Qüvvələri Qostomel şəhərini (Kiyev vilayəti) Rusiya hərbçilərindən geri alıb.

“Report”un məlumatına görə, bu barədə “RBK-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, döyüşlər zamanı Rusiyanın onlarla hərbçisi öldürülüb.

Məlumata görə, Qostomel uğrunda iki gün davam edən döyüşlər zamanı Ulyanovskdan (Rusiya) 31-ci xüsusi mühafizəçilər briqadasının 50-dən hərbçisi həlak olub. Bundan əlavə, Ukrayna hərbçiləri çoxsaylı hərbi qənimətlər, o cümlədən silah, texnika və qarşı tərəfin şəxsi sənədlərini ələ keçirib.

"Qostomel şəhəri Ukrayna qoşunlarının nəzarəti altındadır", - Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru