Ukraynada insanların sığındığı metronu partlatmaq istəyən diversant saxlanılıb

5-03-2022, 10:32           
Ukraynada insanların sığındığı metronu partlatmaq istəyən diversant saxlanılıb
Martın 4-də axşam saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərindəki metrostansiyaların birində üzərində əl qumbaraları ilə dolu yük olan şəxs saxlanılıb. Teref.az "Report"a istinadla xəbər verir ki, hadisə paytaxtın Darnitsa rayonunda yerləşən "Slavutiç" metrostansiyasında qeydə alınıb.

Belə ki, stansiyada saxlanılan şübhəli şəxsin gizli şəkildə Belarusdan keçərək Ukrayna ərazisinə daxil olan diversant olduğu müəyyənləşib.

Həmin şəxs yerli polis tərəfindən dərhal tərksilah edilib.

Qeyd edək ki, həmin stansiya Ukraynadakı vəziyyətlə əlaqədar sığınacaq kimi istifadə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru