Mingəçevir SES-də QƏZA – 13 min abunəçi işıqsız qaldı

5-03-2022, 11:25           
Mingəçevir SES-də QƏZA – 13 min abunəçi işıqsız qaldı
Dünən Mingəçevir şəhərində gün ərzində əsən güclü külək elektrik yarımstansiyasında qəzaya səbəb olub. Teref.az-ın Bizim.Media-ya istinadən məlumatına görə hadisə gecə saatlarında 110 kilovoltluq elektrik yarımstansiyasında qeydə alınıb.

Qəza nəticəsində şəhərin 13 min abunəçisi işıqsız qalıb. Hələ də şəhərin əksər mərkəzi küçələrinə elektrik enerjisi verilməyib.

Şəhər İcra Hakimiyyətindən Bizim.Medianın yerli bürosuna verilən məlumata görə, hazırda ərazidə qəza bərpa işləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru