Rusiya hərbçiləri Novopskovda dinc etirazçılara atəş açdı - VİDEO
6-03-2022, 00:01
Rusiya hərbçiləri Luqansk vilayətinin Novopskov bölgəsində dinc etirazçılara atəş açıb. Hadisə nəticəsində üç nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Luqansk vilayəti hərbi-mülki administrasiyasının rəhbəri Sergey Qayday bildirib ki, etirazçılar silahsız olublar.