Rusiya qoşunları Ukraynanın Enerqodar şəhərini tərk edib - VİDEO

6-03-2022, 00:08           
Rusiya qoşunları Ukraynanın Enerqodar şəhərini tərk edib - VİDEO
Rusiya qoşunları Ukraynanın Enerqodar şəhərini tərk edib, şəhərdə bütün hakimiyyət orqanlarına nəzarət bərpa olunub, yerli hökumətin başçısı yerindədir.

Cebhe.info UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının sədri Aleksandr Starux məlumat verib.

"Bu gün Melitopolda böyük mitinq gördük. İnsanlar hökumətyönlü mövqelərini nümayiş etdirirlər. Enerqodarda da hər şey qaydasındadır", - o deyib.

Starux əlavə edib ki, ötən gecə Enerqodarda bəzi rus hərbçilər tərəfindən qarət faktları qeydə alınıb.

"Orada hər şey qarət olundu. Ya telefon üçün öldürdülər, ya da noutbukları oğurladılar. Çöldə noutbukun nə üçün lazım olduğu heç də aydın deyil", - deyib.

Zaporojye AES-də vəziyyətlə bağlı hələlik məlumat verilmir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru