İsrail Putinə yaxın rus oliqarxlara sanksiya tətbiq etdi

6-03-2022, 12:34           
İsrail Putinə yaxın rus oliqarxlara sanksiya tətbiq etdi
İsrail 25 rus milyarderin şəxsi təyyarə və yaxtalarına sanksiya tətbiq edib.

Qafqaz.media İsrail KİV-lərinə istinadən xəbər verir ki, onlar, əsasən, Rusiya Prezidenti Vladimir Putinə yaxın olan şəxslərdir.

Sanksiya qərarı çərçivəsində 25 rus oliqarxa aid şəxsi təyyarələr İsrail hava limanlarında 48 saatdan artıq qala bilməyəcək və onlara aid yaxtaların limanlara yanalmasına icazə verilməyəcək.

“İsrail Putinə yaxın rus iş adamlarına sanksiya tətbiq etməklə ABŞ-a qoşulmağa qərar verib”, - qəzet yazıb.

Xəbərdə həmin 25 şəxsin kimlər olduğu ilə bağlı məlumatlara yer verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru