Rusiyanın məhv edilən hərbçilərinin və hərbi texnikasının sayı açıqlandı

6-03-2022, 12:06           
Rusiyanın məhv edilən hərbçilərinin və hərbi texnikasının sayı açıqlandı
Ukraynanın Müdafiə Nazirliyi fevralın 24-dən martın 6-dək olan müddət ərzində Rusiyanın itkiləri barədə məlumat yayıb.

“Report” Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu müddətdə hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı qüvvələrinin 11 mindən çox hərbçisi ölüb.

Məlumata görə, Rusiya ordusu 285 tank, 985 Piyadaların Döyüş Maşını, 109 artilleriya qurğusu, 50 reaktiv atəş sistemi, 44 hərbi təyyarə, 44 hərbi helikopter, 447 hərbi avtomobil, 2 sürət kateri, 60 yanacaq çəni olan avtomobil, 4 əməliyyat-taktik səviyyəli pilotsuz uçuş aparatı itirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.