Rusiyada müharibəyə etiraz edən 3500 nəfərdən çox şəxs saxlanılıb

7-03-2022, 08:59           
Rusiyada müharibəyə etiraz edən 3500 nəfərdən çox şəxs saxlanılıb
Moskva, Sankt-Peterburq və Rusiyanın digər regionlarında icazəsiz aksiyalarda 5200-ə yaxın şəxs iştirak edib və 3500-dən çox insan saxlanılıb.

Bu barədə bazar günü Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

“Moskva şəhərindəki razılaşdırılmamış aksiyada təxminən 2500 nəfər iştirak edib, 1700 nəfər saxlanılıb. Sankt-Peterburq şəhərində iştirakçıların sayı təqribən 1500 nəfər olub, onlardan 750 nəfəri saxlanılıb. Digər bölgələrdə isə icazəsiz aksiyalarda ümumilikdə 1200 nəfər iştirak edib, 1061 nəfər saxlanılıb”, - deyə o, bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru