Rusiya hərbçiləri Ukraynanın Nikolayev vilayətini tərk ediblər, Luqanskda itki veriblər

7-03-2022, 10:14           
Rusiya hərbçiləri Ukraynanın Nikolayev vilayətini tərk ediblər, Luqanskda itki veriblər
Rusiyanın desant qüvvələri Ukraynanın Nikolayev vilayətini tərk etməyə məcbur olublar.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, Rusiya hərbçiləri texnikanı atıb gediblər.

Baş Qərargah ələ keçirilən texnikanın videosunu da yayıb.

Eyni zamanda Ukrayna hərbçiləri Luqansk istiqamətində bir neçə uğurlu əks-hücum həyata keçirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb və bununla bağlı fotoları dərc edib.

Əks-hücum zamanı Rusiya ordusunun 40-a yaxın şəxsi həlak olub, 8 zirehli döyüş maşını, “Ural” yük maşını, yolsuzluq avtomobili və artilleriya sistemləri (sayı dəqiqləşdirilir) sıradan çıxarılıb”, - məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru