Ukrayna səmasında Rusiyanın daha 2 təyyarəsi vurulub
8-03-2022, 08:17
Ukraynanın paytaxtı Kiyev səmasında daha iki rus təyyarəsi vurulub. "Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı feysbukda bildirib.
Bununla da müharibənin 11 günü ərzində vurulan təyyarələrin sayı 46-ya çatıb. Bununla yanaşı, Rusiya tərəfi 68 helikopter itirib.