İnanılmaz: Ukrayna pilotu “Kalibr”i havada vurdu – FOTO

8-03-2022, 08:26           
İnanılmaz: Ukrayna pilotu “Kalibr”i havada vurdu – FOTO
Adı açıqlanmayan ukraynalı pilot Rusiyanın “Kalibr” raketini inanılmaz ustalıqla havada vurmağı bacarıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko Teleqram kanalında yazıb.

“Bu, ali pilotajlıqdır. Bizim qəhrəman pilot onlarla, bəlkə də yüzlərlə ukraynalının həyatını xilas etdi. “Kalibr”in döyüş başlığı Obuxovun 5 kilometrliyinə düşüb və orada partlayıb. Hadisə yerinə yerli sakinlər gedib və ordan mənə fotolar göndəriblər”, - o bildirib.

Qeyd edilib ki, “Kalibr” “hava-hava” raketi ilə məhv edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru