Mariupolda dəhşət yaşanır: ölüləri basdırmaq olmur

8-03-2022, 10:28           
Mariupolda dəhşət yaşanır: ölüləri basdırmaq olmur
Mariupol amansızcasına atəşə tutulub. Şəhər yer üzündən silinib, elektrik, istilik və qaz praktiki olaraq yoxdur, ölənlərin çoxu həyətlərdə basdırılıb.

Axar.az xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.

“Ukrayna ordusu şəhər uğrunda döyüşləri davam etdirir. Düşmən atəşi səngimir. Şəhərin bütün rayonlarında dağıntılar var: pəncərələr sındırılıb, ayrı-ayrı mənzillər və ya bütöv evlər dağılıb. Mariupolda işıq, su, qaz yoxdur. Mobil rabitə də yoxdur, ölkədəki vəziyyətdən xəbər tutmaq mümkün deyil. Bir çox şəhər əhalisi evin yaxınlığındakı odda yemək bişirir. Mariupolun müdafiəçiləri düşmənin şəhərə soxulmaq cəhdlərinin qarşısını alırlar. Sakinlər özləri də küçələrdə işğalçıların bayraqlarını görmək istəmirlər və bir-birlərinə fəal kömək edirlər. Ölən və yaralanan sakinlərin sayını hesablamaq hələ də çox çətindir. Ölənlərin cəsədləri qonşular tərəfindən düz fərdi evlərin həyətində basdırılır", - qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru