Rusiya Fransadakı səfirliyinin mühafizəsinin gücləndirilməsini tələb edir

8-03-2022, 10:43           
Rusiya Fransadakı səfirliyinin mühafizəsinin gücləndirilməsini tələb edir
Rusiya Fransada yerləşən diplomatik nümayəndəliklərinin mühafizəsi üçün daha adekvat addımlar atılmasını tələb edib.
Paralel.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib.
Bu tələb martın 7-nə keçən gecə Parisdəki Rusiya Elm və Mədəniyyət Evinə Molotov kokteyli atıldıqdan sonra səsləndirilib.
“Biz Fransa hökumətindən Rusiyanın diplomatik nümayəndəliklərinin mühafizəsini daha adekvat təşkil olunmasını tələb edirik”, - deyə Zaxarova bildirib.
Qeyd edək ki, ötən gecə naməlum şəxs Parisdəki Rusiya Elm və Mədəniyyət Evinə Molotov kokteyli atıb. Hadisə nəticəsində binaya ziyan dəyməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru