“Procter&Gamble” Rusiyaya investisiyaları dayandırır

8-03-2022, 11:25           
“Procter&Gamble” Rusiyaya investisiyaları dayandırır
“Procter&Gamble” beynəlxalq korporasiyası Rusiyaya bütün yeni kapital sərmayələrini dayandıracaq.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, korporasiya ölkədəki portfelini də xeyli məhdudlaşdıracaq.

Bundan əlavə, “Procter&Gamble” korporasiyasının baş direktor Con Mellerin sözlərinə görə, P&G bütün reklam, media və tanıtım fəaliyyətlərini dayandırır.

Qeyd edək ki, korporasiya “Gillette”, “Oral B”, “Mr. Clear”, “Tide”, “Pampers”, “Ariel”, “Always”, “Tampax”, “Braun”, “Head & Shoulders”, “Old Spice” və “Safeguard” kimi 65 tanınmış brendə malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru