Ağcabədidə Asan Xidmət Mərkəzinin əməkdaşı qaçırılıb
9-03-2022, 22:13
Ağcabədidə Asan Xidmət Mərkəzinin qadın əməkdaşı qaçırılıb.
Hadisə martın 7-də qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.(APA)