“ABŞ Rusiyadan öz AES-i üçün uran daşınmasını davam etdirir” - KİV

11-03-2022, 08:12           
“ABŞ Rusiyadan öz AES-i üçün uran daşınmasını davam etdirir” - KİV
ABŞ-ın Rusiya enerji daşıyıcılarının idxalına qoyduğu qadağa urana aid deyil.

Bu barədə «Röyter» agentliyi öz mənbələrinə istinadla xəbər verib.

Bundan əvvəl Birləşmiş Ştatların Prezidenti Co Bayden bəyan edib ki, Vaşinqton Rusiyadan enerji daşıyıcılarının idxalını Ukraynadakı situasiyaya görə qadağan edib.

«ABŞ-ın energetika sənayesi Rusiyadan və onun müttəfiqləri Qazaxıstan və Özbəkistandan asılıdır, belə ki, onlardan ABŞ atom elektrik stansiyalarında istifadə olunan uranın təxminən yarısını alır» - materialda xəbər verilir.

Buna görə energetika sahəsinin nümayəndələri israr edirlər ki, Ukraynadakı xüsusi əməliyyata baxmayaraq, Ağ Ev Rusiyadan uran idxalını qadağan etməsin.

Yazıda qeyd olunur ki, hazırda ABŞ-da uranın istehsalı və emalı aparılmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru