Ukraynada 3 minə yaxın hərbi obyekt məhv edildi - Rusiya 11-03-2022, 10:33 Hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələri Ukraynada 3 minə yaxın hərbi obyekti məhv edib.Axar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.“Ukraynanın hərbi infrastrukturuna endirilən zərbələr nəticəsində 2 998 hərbi obyekt məhv edilib”, - o deyib. Facebook-da paylaş