Rusiyanın daha bir məşhur zabiti öldürüldü - Suriyada da vuruşmuşdu

11-03-2022, 11:43           
Rusiyanın daha bir məşhur zabiti öldürüldü - Suriyada da vuruşmuşdu
Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun zabiti Vyaçeslav Maklaqini məhv edib. Zabit rusların Suriyadakı əməliyyatlarında iştirak edib.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə "Sonuncu blokpost" Telegram kanalı məlumat yayıb.

Zabitin ölümü ilə bağlı məlumatlar Rusiya mətbuatında da yer alıb.

Maklaqinin 29 yaşı var idi. Putin ölümündən sonra onu "İgidliyə görə" ordeni ilə təltif edib. Zabitin cənazəsi artıq Rostov vilayətinə çatdırılaraq dəfn edilib.

Vyaçeslav Maklaqin 1993-cü ildə Novoşaxtinskdə anadan olub. Orta məktəbi bitirib, sonra Cənubi Rusiya Dövlət Texniki Universitetinə daxil olub.

İxtisasca proqramçı və naviqator idi. Uzaq Şərqdə xidmət etdi. Suriyada döyüşüb.

Aslan Məmmədov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.